MARAQLI

Castin Timberleyk keçmiş sevgilisi Britni Spirsi məhkəməyə verəcək: Adını təmizə çıxarmaq üçün – FOTO

Sharing is caring!


Məşhur amerikalı müğənni Castin Timberleyk qalmaqallı memuarına görə Britni Spirsi məhkəməyə verməyi planlaşdırır.

Müğənni keçmiş sevgilisinin açıq etirafları ilə bağlı hər hansı reaksiya bildirmək istəməyərək hər şeyin sakitləşməsini gözləsə də, ona qarşı təhqirlər və ittihamlar bitmir. Sənətçi buna görə, hətta maddi itkilərə məruz qalıb. Belə ki, onun klublardakı bir sıra konsertləri ictimaiyyətin qəzəbinə görə təxirə salınıb. Müğənniyə və həyat yoldaşı Cessika Bilə qarşı sosial şəbəkələrdə qəzəb dolu ittihamlar davam edir.

Hazırda Castin Timberleyk məhkəmə vasitəsilə təmiz adını geri qazanmaqda qərarlıdır.  

Qeyd edək ki, Britni Spirsin nəşr olunan xatirə kitabı (memuar) böyük qalmaqal yaradıb. Spirs kitabda illərdir gizlətmək məcburiyyətində qaldığı məqamlardan danışıb ki, buraya onun Castin Timberleyklə münasibəti də daxil olub.

1997-ci ildə ulduzlar arasında başlayan sevgi münasibəti pərəstişkarları tərəfindən ən parlaq münasibət kimi qiymətləndirilərək xoşbəxt sonlanacağı gözlənilsə də, 2002-ci ildə cütlük ayrılıb.

Yalnız bu yaxınlarda üzə çıxıb ki, o zaman Spirs ana ola bilərmiş. 41 yaşlı Britni xatirələrində münasibətlərin təfərrüatını bölüşüb.

Onun sözlərinə görə, o zaman ulduzlar valideynlik üçün çox gənc olublar və bu səbəbdən Britni Spirs abort etmək qərarına gəlib. Lakin qorxduğu üçün klinikaya müraciət etməyib, çünki  o illərdə ifaçı bakirə kimi tanınırmış. Britni tibb müəssisəsindən kənarda abort etdirməyə qərar verdiyini bildirib.

İctimaiyyət buna görə Castin Timberleyki sevgilisini təhlükəyə atmaqda günahlandırıb. Bəziləri, hətta ulduzu boykot etməyə çağırıb.

Mənbə: Starhit.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir