İdman

Azərbaycan Premyer Liqası Avropada 26-cı, postsovet məkanında 2-ci olub

Sharing is caring!


Azərbaycan Premyer Liqasının Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqladığı dünya reytinqində postsovet məkanı ölkələrinin çempionatları siyahısında mövqeyi bəlli olub.

Oxu.Az xəbər verir ki, dünyada 40-cı, Avropada isə 26-cı pillədə yer alan Azərbaycan yüksək dəstəsi keçmiş SSRİ təmsilçiləri arasında ən yaxşı ikinci göstəriciyə malikdir.

Ukrayna çempionatı birinci yerdədir.

Postsovet məkanı ölkələri çempionatlarının reytinqi:

1. Ukrayna (dünyada 24-cü) – 609,25 xal;

2. Azərbaycan (40) – 429,75 xal;

3. Ermənistan (45) – 388 xal;

4. Latviya (46) – 386,25 xal;

5. Gürcüstan (53) – 372,25 xal;

6. Litva (55) – 361,75 xal;

7. Estoniya (57) – 350,25 xal;

8. Belarus (58) – 348,5 xal;

9. Rusiya (59) – 345,5 xal;

10. Özbəkistan (67) – 280,5 xal;

11. Moldova (69) – 262,5 xal;

12. Qazaxıstan (82) – 197,75 xal;

13. Türkmənistan (98) – 128 xal.

Qeyd edək ki, Qırğızıstan və Tacikistanın yüksək liqaları yüzlüyə düşə bilməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir