İdman

Konfrans Liqası: “Roma” və “Feyenord” finalda – VİDEO

Sharing is caring!

Futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. 

Oxu.Az xəbər verir ki, bununla da finala vəsiqə qazanan komandalar bəlli olub.

Turnirin favoritlərindən “Roma” İtaliyada “Lester”i minimal hesabla məğlub edib. Yeganə qolu 11-ci dəqiqədə Temmi Abraham vurub.

Lesterdəki ilk qarşılaşmada heç-heçə qeydə alındığından, “canavarlar” iki oyunun nəticəsinə əsasən finala adlayıblar.

Digər cavab oyununda isə “Feyenoord” Fransada “Marsel”lə üz-üzə gəlib. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Rotterdam təmsilçisi səfərdə qolsuz heç-heçəyə nail olaraq, finala yüksəlib.

UEFA Konfrans Liqası, yarımfinal
Cavab oyunları
5 may

“Roma” (İtaliya) – “Lester” (İngiltərə) – 1:0
Qol:
 Temmi Abraham, 11
İlk oyun – 1:1.

“Marsel” (Fransa) – “Feyenoord” (Niderland) – 0:0
İlk oyun – 2:3

Qeyd edək ki, Konfrans Liqasında final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir