İdman

Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin tarixi dəqiqləşdi

Sharing is caring!

Boks üzrə kişilər arasında keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinin tarixi dəqiqləşib.

XəbərAl.az xəbər verir ki, yarış iyunun 4-18-də keçiriləcək. Turnirin keçiriləcəyi yer hələ müəyyənləşməyib. Bununla bağlı martın 1-dək məlumat veriləcək. Yarışın Skandinaviya və ya Baltikyanı ölkələrdən birində təşkil olunacağı gözlənilir.

Xatırladaq ki, ötən il martın 14-də Böyük Britaniyanın paytaxtında başlayan Avropa Olimpiya Təsnifat Turniri üç gündən sonra koronavirus infeksiyası səbəbindən yarımçıq dayandırılıb. (Azərtac)

Onu da əlavə edək ki, boksçumuz Tayfur Əliyev Avropa Olimpiya Təsnifat Turnirində dörddəbir finala yüksəlməklə Tokio Olimpiadasına lisenziya əldə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir