İdman

Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb

Sharing is caring!




Qrup hərəkətləri üzrə Azərbaycan komandası Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Oxu.Az xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət komanda üç lent və iki topla qrup hərəkətlərində buna nail olublar. Onlar hakimlər tərəfindən 69.050 xalla qiymətləndiriliblər.

Bu proqramda İspaniya komandası birinci, İtaliya komandası isə ikinci yeri tutub.

Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edir. Turnirə aprelin 21-də yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir