İdman

“Qarabağ” – “Sabah” oyununun vaxtı açıqlandı

Sharing is caring!


Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli açıqlanıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, görüşlər 15-17 sentyabr tarixlərini əhatə edəcək.

Açılış matçı sentyabrın 15-də mövsümə uğurlu başlayan “Zirə” ilə “Sumqayıt” arasında olacaq.

Tura sentyabrın 17-də “Azərsun Arena”da baş tutacaq “Qarabağ” – “Sabah” qarşılaşması ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

VI tur

15 sentyabr (cümə)

17:00. “Zirə” – “Sumqayıt”

Zirə İdman Kompleksinin stadionu

16 sentyabr (şənbə)

16:00. “Kəpəz” – “Səbail”

Gəncə şəhər stadionu

18:00. “Araz-Naxçıvan” – “Neftçi”

“Dalğa Arena”

17 sentyabr (bazar)

16:30. “Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu

19:30. “Qarabağ” – “Sabah”

“Azərsun Arena”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir