Siyasət

ABŞ Azərbaycana 81 minaaxtaran it verib – FOTO

Sharing is caring!


ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) daha altı minaaxtaran iti Azərbaycana göndərib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi özünün “X” sosial şəbəkə hesabında yazıb.

“Bu yeni çatdırılma xüsusi əhəmiyyət kəsb edir, çünki o, MLI-nin minalardan zərərçəkmiş ölkələrə bağışladığı 300-cü itdir, onlardan 81-i Azərbaycana göndərilib. Burada kritik işlərinə başlayacaq olan Boka, Byanka, Fleks, Leks, Stela və II Taycer Praydı salamlayırıq!” – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, daha öncə də ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” (MLI) beş minaaxtaran iti Azərbaycana göndərib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir