Cəmiyyət

Həkim: “Tütündən istifadə 90 faiz hallarda ağciyər xərçəngi yaradır”

Sharing is caring!


“Ağciyər xərçəngi 90% hallarda tütündən istifadə ilə bağlı yaranır”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımda deyib.

Onun sözlərinə görə, ağciyər xərçəngindən əziyyət çəkən pasiyentlərə tütün məhsullarından istifadə etməmələri tövsiyə olunur.

İnstitut direktoru onu da əlavə edib ki, vərəmin vaxtında aşkarlanması üçün həkim hər öskürən pasiyentə potensial vərəm xəstəsi kimi baxmalıdır:

“Hər öskürən şəxs Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət etmir. Bu gün yeni risk qrupunda olan şəxslər siyahısında süni mayalanma etdirən qadınlar da var. Həmin şəxslər vərəmlə əlaqəli mütləq yoxlamalardan keçməlidirlər. Çünki həmin müddətdə immun sistemi aşağı düşür. Unutmayaq ki, vərəm müalicə olunan xəstəlikdir”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir