İdman

“Qarabağ”ın Almaniyaya səfər proqramı müəyyənləşib

Sharing is caring!


UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer 04”ün qonağı olacaq “Qarabağ”ın Almaniyaya səfər proqramı müəyyənləşib.

Bu barədə “Report”a Azərbaycan çempionunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

“Köhlən atlar” martın 12-də, saat 18:15-də Kölnə, oradan isə Leverkuzenə yollanacaqlar. Martın 13-də, yerli vaxtla saat 17:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 17:30-da komandanın açıq məşqçi gerçəkləşəcək.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir