Dünya

Türkiyədə “xüsusi təhlükəsizlik bölgəsi” elan edildi: Qabara giriş-çıxış bağlandı

Sharing is caring!


Türkiyədə Güçlükonak rayonu sərhədləri daxilində yerləşən Qabar dağı bölgəsi 15 gün müddətinə “müvəqqəti xüsusi təhlükəsizlik bölgəsi” elan edilib.

Bu barədə Şırnak valiliyi elan edib.

Bildirilir ki, qeyri-qanuni ünsürlərin fəaliyyətinin qarşısının alınması və onlara qarşı görüləcək tədbirlərlə əlaqədar martın 11-dən 25-dək qeyd olunan əraziyə giriş qadağan olunub.

“Vətəndaşlarımızın can və mallarının təhlükəsizliyi üçün qeyd olunan ərazilərə daxil olmaları qadağandır”, – deyə məlumatda vurğulanıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir