İdman

“Tottenhem”dən 4 qol: Çempionlar Liqası zonasına yaxınlaşdı – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının 28-ci turunun “Aston Villa” və “Tottenhem” matçı başa çatıb. Komandalar Birmingemdəki (İngiltərə) “Villa Park” stadionunda qarşılaşıblar. 

Matçı Kris Kavanaqın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. 

İlk hissədə komandalar qol vura bilməyiblər. İkinci hissədə “Tottenham” rəqibin qapısından 4 qol keçirə bilib. Müvafiq olaraq, Meddison (50), Conson (53), Son Xın Min (90+1) və Verner (90+3) fərqləniblər. 

Beləliklə, “Aston Villa” 28 turdan sonra 55 xalla Premyer Liqanın turnir cədvəlinin dördüncü pilləsində qalıb. “Tottenhem” isə 53 xalla beşinci yerə yüksləlib.

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir