İdman

“Qarabağ” Sloveniyaya səfər proqramını açıqladı

Sharing is caring!


UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda “Olimpiya”nın qonağı olacaq “Qarabağ”ın Sloveniyaya səfər proqramı məlum olub.

Ağdam klubunun Mətbuat Xidmətinin yaydığı məlumata görə, komanda matçdan bir gün əvvəl – avqustun 23-ü saat 11:00-da sözügedən ölkəyə yollanacaq.

Həmin gün Bakı vaxtı ilə 21:15-də baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Komandanın media nümayəndələrinə nəzərdə tutulmuş 15 dəqiqəlik açıq məşqi isə Bakı vaxtı ilə 21:30-da matçın oynanılacağı “Stojitse” stadionunda baş tutacaq.

Qeyd edək ki, avqustun 24-ü keçiriləcək “Olimpiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir