İqtisadiyyat

SOCAR-ın törəmə müəssisəsi ICA mükafatı üçün qısa siyahıya daxil edilib

Sharing is caring!




“SOCAR Midstream Operations” MMC (SOCAR-ın törəmə müəssisəsi) “Tələblərə uyğunluqla bağlı ilin ən kiçik komandası (5 nəfərdən az) – Qeyri-Maliyyə Xidmətləri” kateqoriyasında “ICA Compliance Award” müsabiqəsinin finalçısı kimi qısa siyahıya daxil edilib.

Bu barədə “SOCAR Midstream”dan Oxu.Az-a bildirilib.

“ICA Compliance Award”un qısa siyahısına daxil edilməyimizdən məmnunuq. Bu mükafat normativ tələblərin və maliyyə cinayətlərinin qarşısının alınması sahəsində nailiyyətlərə, əməkdaşlığa və yeniliyə görə təqdim edilir”, – məlumatda qeyd edilib.

Bildirilib ki, rəsmi mükafatlandırma mərasimi iyunun 27-də Londonda keçiriləcək.

“SOCAR Midstream Operations” şirkətini “Tələblərə uyğunluqla bağlı ilin ən kiçik komandası (5 nəfərdən az) – Qeyri-Maliyyə Xidmətləri” kateqoriyasında finalçı kimi qısa siyahıya düşdüyünə görə təbrik etməkdən böyük məmnunluq duyuram. İyunun 27-də keçiriləcək mükafatlandırma mərasimində bütün finalçılarımızı salamlamağı səbirsizliklə gözləyirəm”, – ICA-nin prezidenti Pekka Deyr vurğulayıb.

Qeyd edək ki, “SOCAR Midstream Operations” MMC 2014-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 59,501 milyon manatdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir