Dünya

Oman körfəzində əməliyyat: Altı ton narkotik müsadirə edilib

Sharing is caring!


İranın Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində keçirdiyi əməliyyat nəticəsində altı ton narkotik daşıyan dörd qayıq saxlanılıb.

Məlumatda qeyd olunur ki, “Çabahar” hərbi-dəniz bazasının sərhədçiləri iki əməliyyat keçirərək su sərhədlərindən İran ərazisinə keçməyə cəhd edən qaçaqmalçıları tələyə salıblar.

“Oman körfəzində narkotik vasitələrin daşınmasını həyata keçirməyə cəhd edən iki dəstənin üzvləri, ümumilikdə 17 nəfər saxlanılıb”, – deyə məlumatda qeyd olunub.

Qayıqlara baxış keçirilən zaman 6 ton müxtəlif narkotik vasitələr və silah-sursat, o cümlədən 21 ədəd atıcı silah, 2 100 ədəd patron və 42 ədəd daraq aşkar edilib.

Mənbə: Tasnim

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir