İdman

Premyer Liqa: “Turan Tovuz” – “Neftçi” oyununda qalib müəyyənləşməyib – VİDEO

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında “Neftçi” “Turan Tovuz”un qonağı olub.
Tovuz şəhər stadionundakı qarşılaşma heç-heçə yekunlaşıb – 1:1. 72-ci dəqiqədə paytaxt klubunun heyətində Yeqor Boqomolski fərqlənib. 88-ci dəqiqdə Fərid Nəbiyev bərabərlik qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran “ağ-qaralar” ikinci sıradakı “Sumqayıt”a çatıb. Bölgə klubu hazırda 31 xalla 5-8-ci yerləri bölüşdürür.

Günün digər görüşündə “Səbail” “Sabah”ı qəbul edəcək.

Qeyd edək ki, XXIV turun “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” matçları fevralın 25-də baş tutacaq. Ötən gün gerçəkləşən oyunda “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib.

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir