Cəmiyyət

17 mindən çox məhsulun satışı dayandırılıb – Agentlik sədri səbəbləri AÇIQLADI

Sharing is caring!


“2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə bağlı hazırlanan 15 normativ hüquqi akt layihəsindən 10-u Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib”.

Oxu.Az-ın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin 6 ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib.

Q.Təhməzli vurğulayıb ki, Milli Məclis tərəfindən qəbul olunan Qanun 2022-ci il iyunun 24-də Prezident İlham Əliyev tərəfindən imzalanıb:

“Ötən müddətdə qanundan irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra zəruri işlər görülüb. Qida təhlükəsizliyinin təmin edilməsi, qida zəncirinə dövlət nəzarəti və tənzimlənməsi, idxal, ixrac və digər sahələr üzrə uğurlar əldə olunub. Qida məhsullarının üzərində birmənalı olaraq Azərbaycan dilində etiket məlumatlarının olması təmin edilib. “Müalicəvi” sözündən istifadə hallarının qarşısı alınıb. Bununla bağlı aşkarlanan uyğunsuzluqlarla əlaqədar 17 560 ədəd məhsulun satışının dayandırılması və dövriyyədən çıxarılması təmin olunub”.

“Üzərində qida məhsuluna xas olmayan xüsusiyyətin göstərilməsi, habelə xas olan xüsusiyyətin qabardılmaqla göstərilməsi halları müəyyənləşdirilərək ciddi tədbirlər həyata keçirilib”, – deyə o qeyd edib.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir