Cəmiyyət

Azərbaycanda üç rayona polis rəisləri təyin edildilər

Sharing is caring!


Daxili işlər orqanlarında yeni təyinatlar olub.

“Qafqazinfo” xəbər verir ki, imzalanmış müvafiq əmrlə Nərimanov Rayon Polis İdarəsinin rəisinin əməliyyat üzrə müavini polis polkovniki Hikmət Vəliyev vəzifədən azad edilib.

O, Saatlı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Bundan başqa Oğuz Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Vüqar Əliyev rotasiya qaydasında vəzifədən azad edilərək İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin olunub. 

İsmayıllı Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Şəmşir Kazımov isə müvafiq əmrlə Göygölün polis rəisi təyin olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir