İdman

“Qranada” – “Valensiya” matçı təxirə salınıb – SƏBƏB

Sharing is caring!


İspaniya çempionatının 26-cı turu çərçivəsində keçiriləcək “Qranada” – “Valensiya” matçı qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu barədə La Liqa məlumat yayıb.

Buna səbəb axşam saatlarında Valensiyada baş vermiş güclü yanğın olub. Oyunun təxirə salınmasını şəhərin eyniadlı klubunun nümayəndələri istəyiblər.

Yanğın nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb, 20 nəfər itkin düşüb. Bu, Valensiyanın tarixində ən böyük yanğın hadisədir.

Qeyd edək ki, “Qranada” – “Valensiya” matçı bu gün saat 17:00-da keçirilməliydi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir