Cəmiyyət

“Respublikanski”də həkimlər və tibb bacıları şərlənərək işdən uzaqlaşdırılırlar – İDDİA + AÇIQLAMA

Sharing is caring!


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından (“Respublikanski”) şikayət var.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

İddia edilib ki, xəstəxanadan bir neçə həkim və tibb bacısı işdən haqsız yerə, şərlənərək uzaqlaşdırılıb.

Eyni zamanda, mühafizədə çalışan qadının vətəndaşlarla kobud davrandığı bildirilir.

Məsələ ilə bağlı TƏBİB ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, birliyin tabeliyində olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında kadr potensialının gücləndirilməsi, xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun artırılması istiqamətində islahatlar həyata keçirilir:

“Bu islahatlar fonunda, eyni zamanda, müqavilələrinin başa çatması səbəbi ilə və ya öz istəkləri ilə bir sıra tibb işçilərinin əmək fəaliyyətinə xitam verilib.

Xəstəxananın Təhlükəsizlik Bölməsinin xanım əməkdaşının vətəndaşlarla kobud davranması iddiası həqiqəti əks etdirmir. Sözügedən əməkdaş dəfələrlə vətəndaşlar tərəfindən təhqir və təzyiqlərə məruz qalıb.

Lakin bütün bunlara baxmayaraq, vətəndaş məmnuniyyətini nəzərə alaraq, xəstəxananın rəhbərliyi təhlükəsizlik bölməsinin əməkdaşlarına vətəndaşlara qarşı daha diqqətli olmaq, yaranan narazılıqları dərhal aradan qaldırmaqla bağlı göstəriş verib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir