İdman

“Əl-Hilal” Messinin komandasını məyus etdi – VİDEO

Sharing is caring!


“Əl-Hilal” (Səudiyyə Ərəbistanı) və “İnter Mayami” (ABŞ) komandaları arasında yoldaşlıq oyunu keçirilib. Komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Kingdom Arena”da qarşılaşıblar.

Yeddi qolun vurulduğu görüşdə ev sahibləri üstün olublar – 4:3.

Matçın əlamətdar hadisələrindən biri qonaqların hücumçusu Luis Suaresin debüt qolu olub. O, 34-cü dəqiqədə komandasının oyundakı ilk qoluna imza atıb. “İnter”in digər ulduzu Messi isə 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Lakin bütün bunlar qələbə üçün kifayət etməyib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir