Dünya

Rusiyada idmançı pişiyi xilas etmək istəyərkən 10-cu mərtəbədən yıxılıb

Sharing is caring!


Rusiyada pop-MMA döyüşçüsü Maqomed Zaynalov (“Venom”) pişiyi xilas etmək istəyərkən, çoxmərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb və hazırda reanimasiyadadır.

Bu barədə onun rəqibi qarışıq üslublu döyüşçü Eduard Kuzminov bildirib.

“Bu səhər üzücü xəbər aldım. Maqomed Zaynalov 10-cu mərtəbədən yıxılıb və hazırda reanimasiyadadır. Fevralın 2-də döyüşümüz olmalı idi. Dua edirdim ki, bu döyüşdə qalib gəlim. İndi başa düşürəm ki, bütün bu döyüşlər qalsın bir kənarda, mən Venom üçün dua etmək istəyirəm. Hər şeyin yaxşı olmasını, onun sağalmağını istəyirəm. Sizdən xahiş edirəm, hamımız onun üçün dua edək. Həyatda hər şey olur. Həyat çox tez keçib gedir. Allah eləsin, Venom üçün hər şey yaxşı olsun”, – Kuzminov “Telegram” kanalında yazıb.

Qeyd edək ki, Maqomed Zaynalovun 24 yaşı var. Onun qarışıq döyüş növləri üzrə dörd qələbəsi, 10 məğlubiyyəti və bir heç-heçəsi var.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir