İdman

“Napoli” çempionluğu rəsmiləşdirmək fürsətindən yararlana bilmədi – YENİLƏNİB + VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında XXXII turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, “Napoli” çempionluğu rəsmiləşdirmək imkanından yararlana bilməyib.

Neapol klubu öz meydanında “Salernitana”nı məğlub edəcəyi halda 2022/23 mövsümünün qalibi adını qazanacaqdı, ancaq matçda qalib müəyyənləşməyib – 1:1.

“Napoli”nin heyətində Matias Oliveyra hesabı açsa da, Bulaye Dia bərabərliyi təmin etməyi bacarıb. Hazırda Neapol klubu 79 xalla vahid liderdir və ən yaxın izləyicisi “Latsio”nu 18 xal üstələyir.

16:58

İtaliya A Seriyasının XXXII turunda “İnter” öz meydanında “Latsio”nu məğlub edib.

Oxu.Az xəbər verir ki, nerazzuri ilk yarıda hesabda geri düşsə də, fasilədən sonra üç top vuraraq qələbə qazanıb. “İnter”in heyətində Lautaro Martines dubl edib, digər qolu Robin Qosens vurub. Romalıların qoluna Feliper Anderson imza atıb.

Qəlıbə sayəsində xalını 57-yə çatdıran “İnter” 4-cü pilləyə yüksəlib. “Latsio” 62 xalla 2-cidir və lider “Napoli”dən 17 xal geri qalır. Neapollular saat 17:00-da start götürəcək ev matçında “Salernitana”ya qalib gələ bilsələr sona 6 tur qalmış çempionluğu rəsmiləşdirəcəklər.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir