Kriminal

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Sharing is caring!

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadəyə hökm oxunub və o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb.

İttiham aktına görə, Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova oğlu, 2007-ci il təvəllüdlü İdeal Məmmədzadə ilə mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib.

İ.Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, İ.Məmmədzadə barəsində oktyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi barədə qərar çıxarılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir