İdman

Türkiyə Super Liqası: “Beşiktaş” Şahruddinin azlıqda qalan komandasını məğlub edə bilmədi – VİDEO

Sharing is caring!


Türkiyə Super Liqasında 22-ci turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Adana Demirspor”u qəbul edib.

Heyətində “Qarabağ”ın keçmiş qapıçısı Şahruddin Məhəmmədəliyevin də çıxış etdiyi qonaq komanda 48-ci dəqiqədə azlıqda qalıb. Hücumçu Barasi birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bundan bir qədər öncə isə Şahruddin zədələnib və meydana həkimlər briqadası daxil olub. Lakin qolkiper matçı sonadək davam etdirməyi bacarıb.

Qarşılaşmanın nəticəsinə gəlincə, say üstünlüyünə baxmayaraq, “qara qartallar” Adana klubunun müqavimətini qıra bilməyiblər. Görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.

Qeyd edək ki, hazırda “Beşiktaş” turnir cədvəlində 36 xalla 4-cü, “Adana Demirspor” isə 31 xalla 6-cıdır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir