Dünya

İsrail ordusu Qəzza zolağına daxil oldu: Çox sayda fələstinli cənuba axışdı – FOTO

Sharing is caring!


“İsrail Müdafiə Qüvvələri Qəzza zolağında ilk lokal reydlərə başlayıb”.

Bu barədə İsrail Müdafiə Qüvvələrindən məlumat verilib.

Məlumata görə, piyada qoşunları və tankları lokal reydlər çərçivəsində Qəzza zolağına daxil olub. İsrail hərbçiləri əsir götürülmüş insanların tapılması üçün onların izinə düşüblər. Onlar HƏMAS-ın tank əleyhinə komandasını məhv ediblər.

İsrail ordusu şimal zolağının sakinlərinə ərazini tərk etməyi əmr etdikdən sonra çox sayda  fələstinli cənuba axışıb.

İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi, kontr-admiral Daniel Haqari bildirib ki, zirehli və piyada qüvvələri ərazidə axtarışlar aparıblar və İsrail ərazisinə soxulmaq niyyətində olan tank əleyhinə idarə olunan raket birləşmələrinin qarşısını alıblar.

“Müdafiə Qüvvələri itkin düşmüş şəxslərin axtarışına kömək edə biləcək tapıntılar aşkar ediblər”, – deyə Haqari qeyd edib.

“Biz itkin düşmüş şəxslər və girovlarla bağlı bütün təfərrüatları bilmək üçün səylərimizi davam etdirəcəyik”, – o, əlavə edib.

Mənbə: “The Times of İsrael”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir