Dünya

“Reuters”in əməkdaşı Livanda atışma zamanı həlak oldu – VİDEO

Sharing is caring!


Məşhur “Reuters” xəbər agentliyinin videooperatoru İssam Abdalla Livanın cənubunda atışma nəticəsində həlak olub.

Bu barədə agentliyin verdiyi bəyanatda bildirilib.

“Videooperatorumuz İssam Abdallanın öldüyünü öyrənmək bizi çox kədərləndirdi. Biz təcili olaraq əlavə məlumat əldə etməyə çalışırıq, regional hakimiyyət orqanları ilə işləyirik və İssamın ailəsini, həmkarlarını dəstəyimizi ifadə edirik”, – deyə bəyanatda qeyd edilib.

Bildirilib ki, İssam Abdalla Livanın cənubunda canlı videoyayımı həyata keçirən “Reuters”in çəkiliş qrupunun tərkibində olub.

“Əl-Cəzirə” telekanalı xəbər yayıb ki, Livanın cənubunda İsrail tərəfindən açılan atəş nəticəsində azı bir jurnalist həlak olub, üçü isə yaralanıb.

Telekanalın məlumatına görə, “Əl-Cəzirə”, “Reuters” və AFP-nin jurnalistləri tank atəşinə məruz qalıblar. Yaralılar arasında “Əl-Cəzirə”nin müxbiri Karmen Cuhadar və operatoru Eli Brakya da var.

Mənbə: Meduza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir