Cəmiyyət

Qaraçuxur qəsəbəsinin bərbad yolu – VİDEO

Sharing is caring!


Bu kadrlar hansısa ucqar kənddə deyil, Bakıda şəhər mərkəzinə ən yaxın qəsəbələrdən birində çəkilib.

Xezerxeber.az xəbər verir ki, yağışlı havalarda bu yaşayış məntəqəsində yollar keçilməz olur, sakinlər acınacaqlı vəziyyətlə üzləşirlər. Xüsusilə piyadalar, o cümlədən məktəblilər ciddi çətinliklə üzləşirlər.

Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Şərq yaşayış massivinin sakinləri deyirlər ki, ötən il baxımsız küçələrin asfaltlanmasına başlanılıb. Onların da küçəsində bu istiqamətdə  müəyyən işlər görülüb. Amma proses yarımçıq saxlanılıb. Bir ildən artıqdır ki, küçə bu vəziyyətdə qalıb.

Sakinlər iddia edirlər ki, aidiyyəti qurumlara müraciətləri nəticəsiz qalıb.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən küçə onların balasında deyil. Suraxanı Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, həmin yolun əsaslı təmiri 2019-2023-cü il proqramına salınıb. Ancaq müəyyən səbəblərdən hələlik layihə icra olunmayıb.

“Uzunluğu təxminən bir kilometr 400 metr olan həmin küçənin tam şəkildə asfaltanmasının zəruruiliyi ilə bağlı İcra Hakimiyyəti tərəfindən zəruri addımlar atılıb və aidiyyəti quruma məlumat göndərilib. Asfaltlanma işlərinin yaxın müddətdə həyata keçiriləcəyi gözlənilir”, – deyə əlavə edilib.

Daha ətraflı videomaterialda:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir