Jurnalist Həmid Həmidov Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşdüyünə dair məlumatı ictimailəşdirib. Həmin məlumatda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ittiham olunub.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, qurum ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicə ilə məşğul olur:
“Xəstənin xəstəxanada ölməsi hallarında isə cəsəd Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilir. Sözügedən quruma TƏBİB nəzarət etmir”.