İdman

Azərbaycan Kuboku: Bu gün daha iki oyun keçiriləcək

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, ilk olaraq “İrəvan” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qarşılaşma saat 13:00-da başlayacaq.

Günün ikinci matçı “İmişli” və “Qəbələ” komandaları arasında reallaşacaq. Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da start götürəcək.

Azərbaycan Kuboku

1/8 final

13:00. “İrəvan” – “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

“ASK Arena” (“CBC Sport”/canlı)

16:00. “İmişli” – “Qəbələ”

Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Qəbələ şəhər stadionu (“CBC Sport”/canlı)

Qeyd edək ki, daha əvvəl “Sabah” və “Sumqayıt” 1/4 finala yüksəlib. Bu raundun digər oyunları 20-21 dekabrda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir