İdman

Azərbaycan Kuboku: 1/8 final mərhələsinə iki oyunla start verilir

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.

“Report” xəbər verir ki, ilk olaraq iki matç baş tutacaq.

Premyer Liqa təmsilçilərindən “Sabah”la “Kəpəz” Tovuz şəhər stadionunda üz-üzə gələcəklər. Qarşılaşma saat 14:00-da başlayacaq.

Digər görüşdə isə “Sumqayıt” “Karvan”ı sınağa çəkəcək. “Kapital Bank Arena”da reallaşacaq matç saat 17:00-da start götürəcək.

Azərbaycan Kuboku

1/8 final

14:00. “Kəpəz” – “Sabah”

Tovuz şəhər stadionu, (“CBC Sport”/canlı)

17:00. “Sumqayıt” – “Karvan”

“Kapital Bank Arena”, (“AzPFL”/canlı)

Qeyd edək ki, bu mərhələnin digər oyunları 19, 20 və 21 dekabrda gerçəkləşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir