Cəmiyyət

Bədəni yanan Leylanın anası: “Yaraları suluqlayır, mazlarını ala bilmirik” – FOTO

Sharing is caring!


Altı yaşlı Leylanın dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Minirə Mikayılova məlumat yayıb.

O bildirib ki, övladı oktyabrın 30-da yaşadıqları evdə yanıb.

“Leylanın altı yaşı var. Onu çimizdirmək üçün vedrədə su isitmişdim. Leyla suyun isti olduğunu bilməyib, qaça-qaça gəlib və suya düşüb. Nəticədə bədəninin demək olar bütün hissəsi yanıb. Hadisə baş verən gün Bakıdakı xəstəxanalardan birinə yollandıq. Orada müalicə alsaq da, imkansızlıq üzündən müalicəni yarımçıq qoyub çıxmalı olduq. Hazırda Leylanın yaraları suluqlayır. Mazlarını çəkmədikcə yaraları açılır, ağrısı çox olur. Həkimin yazdığı dərmanları və mazları almaq üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 420-21-53.

Kart: 5243 7544 4045 5614.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir