Dünya

UEFA Konfrans Liqası: Pley-offun cütləri bu gün müəyyənləşəcək

Sharing is caring!


Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Oxu.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qrup mərhələsində 2-ci yeri tutan komandalar UEFA Avropa Liqasında qrup üçüncülərinə rəqib olacaqlar.

Səpələnmişlər: “Budo-Qlimt” (Norveç), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ferentsvaroş” (Macarıstan), “Ayntraxt” (Almaniya), Gent (Belçika), “Legiya” (Polşa), “Ludoqorets” (Bolqarıstan), “Slovan” (Slovakiya).

Səpələnməmişlər: “Ayaks” (Niderland), “Makkabi” (Hayfa, İsrail), “Molde” (Norveç), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya), “Servett” (İsveçrə), “Şturm” (Avstriya), “Union” (Belçika).

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir