Siyasət

Rusiya sülhməramlılarının texnikası qəzaya uğradı: Azərbaycan tərəfi tibbi yardım göstərdi

Sharing is caring!


2023-cü il dekabrın 11-də Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinə məxsus BTR-82-nin dağ yolundan çıxaraq dərəyə aşması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, iki hərbçi isə orta və ağır xəsarətlər alıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib.

Xəsarət alan hərbçilər sonrakı müalicə üçün hava yolu ilə Rusiyaya aparılıblar.

Mənbə: mil.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir