Cəmiyyət

Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanır – FOTO

Sharing is caring!


Sabirabadda yol kənarında fəaliyyət göstərən ticarət obyektləri yanır.

“Report”un məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistralının 48-ci kilometrliyində, rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə yerinə Sabirabad və Saatlı yanğından mühafizə hissəsinə məxsus yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğının lokallaşdırıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir