İdman

Bu gün “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olacaq

Sharing is caring!


Bu gün “Qarabağ”ın UEFA Avropa Liqasının (AL) pley-off mərhələsindəki rəqibi bəlli olacaq.

Oxu.Az xəbər verir ki, AL-nin pley-off mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:00-da İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

Sözügedən mərhələnin qalibləri 1/8 finalda Avropa Liqasının səkkiz qrupunun birinciləri ilə birləşəcək.

Fevralın 15-i və 22-nə nəzərdə tutulmuş oyunlarda “Qarabağ”ın ilk matçı reqlamentə əsasən, səfərdə baş tutacaq.

“Köhlən atlar”ın potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” (Portuqaliya), “Benfika” (Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə), “Şaxtyor”dır (Ukrayna).

Xatırladaq ki, daha öncə “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev “Yanq Boyz”u Ağdam təmsilçisi üçün ən münasib rəqib hesab edib.

Niderlandın “Feyenoord” klubunun azarkeşlərinin əksəriyyəti isə pley-off mərhələsində Azərbaycan komandası ilə üz-üzə gəlmək istəyirlər.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüşdə İsveç təmsilçisi “Hakken”i 2:1 hesabı ilə məğlub edən “Qarabağ” 10 xalla “H” qrupunda ikinci yeri tutaraq pley-offa yüksəlib. İsveçli “arılar” isə hesabına xal yazdıra bilməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir