Dünya

Rusiyada donmuş çay üzərində əyləncə faciə ilə bitdi

Sharing is caring!


Rusiyanın Arxangelsk vilayətinin ərazisində yerləşən Şimali Dvina çayının donmasını müşahidə edən yerli sakinlər motorlu yedək maşını ilə onun üzərində hərəkət etmək qərarına gəliblər.

Nəticədə buz qatı qırılıb və ortaya yaşlarında olan bir nəfər kişi və 16 yaşlı oğlan suya düşərək həlak olublar.

Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Arxangelsk vilayəti üzrə mətbuat xidməti də təsdiqləyib.

Məlumatda həmçinin qeyd olunur ki, motorlu yedək maşınında dörd nəfər olub. Suya düşən iki nəfər xilas edilib, lakin digər iki nəfəri xilas etmək mümkün olmayıb.

Hazırda hər iki şəxsin axtarışları aparılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir