İdman

Premyer Liqa: “Zirə” “Turan Tovuz”a məğlub oldu – VİDEO

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XVII tur davam edir.

Oxu.Az-ın məlumatına görə, bu gün daha bir oyun keçirilib.

Liderlər qrupunda qərarlaşan “Zirə” aşağı pillələrdə qərarlaşan “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda baş tutan görüşün taleyini bir qol həll edib. Fərid Nəbiyev 76-cı dəqiqədə vurduğu yeganə qolla ev sahiblərinə 1:0 hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra 8-ci pillədə qərarlaşan “Turan Tovuz” xallarının sayını 19-a çatdırıb. “Zirə” isə 29 xalla 2-ci yerdə qalıb.

Qeyd edək ki, tura dekabrın 18-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir