Cəmiyyət

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb

Sharing is caring!


Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, dekabrın 16-sı saat 18 radələrində Cəlilabad rayon sakini Alxas Ağayev idarə etdiyi VAZ-21214 markalı avtomobillə rayonun Uzuntəpə kəndi ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən piyada – 1974-cü il təvəllüdlü Lalə Rüstəmovanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir