İdman

Okan Buruk: “Superkubok finalı Azərbaycanda keçirilsə, məmnuniyyətlə oynayarıq”

Sharing is caring!


“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasının seçmə mərhələsinin 2-ci turunda “Jalqiris”lə matçdan əvvəl açıqlamalar verib.

O, “Fənərbağça” ilə oynanılacaq Türkiyə Superkuboku qarşılaşmasının Azərbaycanda keçirilməsi ilə təklifinə münasibət bildirib.

“Əvvəla, bu, bizimlə bağlı olan bir məsələ deyil, inzibati məsələdir. Ona görə də bununla əlaqədar müraciət olarsa, lazım olanı edərik. Superkubokun tarixi və harada oynanılacağı bəlli deyil. Əgər Azərbaycan alternativlərdən biri olsa, məmnuniyyətlə oynayacağıq. Keçən il artıq “Qarabağ”la yoldaşlıq oyunu keçirmişik. Orada da böyük azarkeş bazamız var. Təbii ki, onlarla Superkubok həyəcanını yaşamaq, sevincimizi bölüşmək istərdik”, – deyə “Cim-Bom”un çalışdırıcısı bəyan edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir