İdman

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər bəlli olub – FOTO

Sharing is caring!


Kişi və qadın cüdoçular arasında Azərbaycan çempionatına start verilib.

Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsindəki İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın ilk günündə 4 çəki dərəcəsində 104 cüdoçu tatamiyə çıxıb.

Qadınlar arasında 48 və 63 kiloqram, kişilər arasında isə 60 və 81 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.

Üç gün davam edəcək çempionatda ümumilikdə 14 çəki dərəcəsində 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparır.

Qalibləri təqdim edirik:

Qadınlar

48 kiloqram

1. Şəfəq Həmidova

2. Ramilə Əliyeva

3. Xumar Qasımzadə

3. Leyla Dəmirova

63 kqiloqram

1. Leyla Əliyeva

2. Kamilla Töhöliyeva

3. Diana Şoranova

3. Leyla Atayeva

Kişilər

60 kiloqram

1. Nazir Talıbov

2. Babarəhim Mirzəyev

3. Hüseyn Allahyarov

3. Kənan Hüseynov

81 kiloqram

1. Məmmədrza Hacızadə

2. Kərim Allahverdiyev

3. Ömər Rəcəbli

3. Qədir Hüseynov.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir