Dünya

Çin öz “Vaqner”ini yaradacaq

Sharing is caring!


Çin dünyanın əlverişsiz bölgələrində xarici layihələrin təhlükəsizliyini təmin etmək üçün tədricən Rusiyanın “Vaqner” dəstəsi tipli özəl hərbi şirkətlərini yaratmaq niyyətindədir.

Məlumata görə, Ukrayna böhranı və Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi Çin investorlarının xarici ölkələrdə işləyərkən üzləşə biləcəyi riskləri nümayiş etdirib. Çin-Afrika İş Şurasının və Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı ilə Pekində keçirilən seminarda Çin vətəndaşlarının və müəssisələrinin təhlükəsizliyinin təmin edilməsi mövzusu müzakirə olunub.

Tədbirdə Çinin ən böyük təhlükəsizlik şirkətləri və Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, hazırda dünyanın müxtəlif ölkələrində Çin kapitallı 47 minə yaxın şirkət fəaliyyət göstərir. Onlar əsasən enerji, mədənçıxarma, infrastruktur və istehsal sektorlarındakı layihələrdə iştirak edirlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir