Dünya

Türkiyədə zəlzələnin mərkəzi olan Kahramanmaraş 10 aydan sonra dronla görüntüləndi – FOTO/VİDEO

Sharing is caring!


Türkiyədə zəlzələnin mərkəzi olan Kahramanmaraşda şəhər mərkəzi 10 ay sonra dronla görüntülənib.

Fevralın 6-da baş verən zəlzələlərdə 11 bölgə zərər çəkib, 50 mindən çox insan həyatını itirib. “Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdən 10 ay 12 gün keçib.

12 min 659 adamın həyatını itirdiyi Kahramanmaraşda şəhər mərkəzinin son görünüşü dronla lentə alınıb. Şəhərin mərkəzindəki binaların bəziləri zəlzələ zamanı dağılıb, bəziləri isə zəlzələdən sonra idarəli şəkildə sökülüb. Demək olar ki, boş əraziyə çevrilən şəhər mərkəzində tikinti işləri davam edir. Bir çox sahədə hələ də dağıntıların yığışdırılması prosesinin getdiyi müşahidə edilir.

Həmçinin “Azərbaycan məhəlləsi”nin inşası davam edir. “Azərbaycan məhəlləsi” zəlzələ nəticəsində böyük dağıntıların olduğu Hayrulla məhəlləsi və onun ətrafında inşa olunur. 320 hektar sahədə tikiləcək ərazidə 1 323 yaşayış yeri və 799 iş yerinin olması nəzərdə tutulur.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir