Dünya

ABŞ-də mindən çox aviareys ləğv olundu

Sharing is caring!

ABŞ-də güclü qar yağıb. Bu səbəbdən mindən çox reys ləğv olunub.

Ləğv edilən uçuşların təxminən yarısı Minnesota, Ayova, Şimali Dakota, Cənubi Dakota və Viskonsin ştatlarının ən böyük ticarət hava limanı olan Minneapolis/Sent Pol Beynəlxalq Hava Limanına aiddir.

Ləğv olunan uçuşların daha 11%-i Denver hava limanının (Kolorado) payına düşüb.

Bildirilir ki, Minneapolisə 13 sm qar yağıb, gün ərzində qar örtüyünün daha 30 sm artacağı gözlənilir. Bundan əlavə, güclü küləyin əsəcəyi proqnozlaşdırılır.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir