Cəmiyyət

Nazir ötən il təyin etdiyi polkovnikin vəzifəsini dəyişdi

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin müavini vəzifəsindən azad olunaraq, başqa bir vəzifəyə təyin edilib.

Qaynarinfo xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Xidməti rəisinin müavini, polkovnik Quliyev Elsəvər Həsən oğlu vəzifəsindən azad olunub.

Polkovnik digər əmrlə FHN-nin nəzdində olan qurumların birinə rəis müavini təyin edilib.

Qeyd edək ki, Kəmaləddin Heydərov Elsəvər Quliyevi ötən ilin dekabr ayında Xüsusi Riskli Xilasetmə Xidmətinə rəis müavini təyin etmişdi. O, 1981-ci ilin 19 iyununda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Ailəlidir. 3 övladı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir