İdman

“Qarabağ”ın futbolçusunun vurduğu qol həftənin ən yaxşısı adına namizəddir – VİDEO

Sharing is caring!


Avropa Liqasının qrup mərhələsində VI turun ən yaxşı qolu adına namizədlər bəlli olub.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, siyahıda “Qarabağ”ın futbolçusu Yassin Benzianın Bakıda İsveçin “Hakken” komandasına vurduğu qol da yer alıb.

29 yaşlı yarımmüdafiəçi 2:1 hesabı ilə qalib gəldikləri matçda komandasının sonuncu qolunun müəllifi olub. Digər namizədlər İngiltərənin “Brayton” komandasından Joau Pedro, Fransanın “Renn” klubundan Lorents Assinyon və Yunanıstanın “Olimpiakos” kollektivindən Daniel Podensedir.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir