İdman

Premyer Liqa: “Səbail” bu gün evdə, “Sabah” səfərdə oynayacaq

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XVII tur davam edir.

“Report”un məlumatına görə, bu gün daha iki oyun keçiriləcək.

Günün ilk matçı “ASCO Arena”da baş tutacaq. Yuxarı pillələrdə qərarlaşan “Səbail” autsayder “Qəbələ”ni sınağa çəkəcək. Hazırda bakılılar 23 xalla beşinci pillədə qərarlaşıblar. Hesabında 11 xal olan “qırmızı-qaralar” isə sonuncudurlar.

Ardından turnir cədvəlində qonşu olan “Araz-Naxçıvan”la “Sabah” üz-üzə gələcəklər. 22 xala malik paytaxt təmsilçisi rəqibindən cəmi bir xal az toplayıb. Murad Musayevin yetirmələri qələbə qazanaraq, Naxçıvan təmsilçisini geridə qoymağa çalışacaqlar.

Qeyd edək ki, turun ilk oyununda “Kəpəz”lə “Sumqayıt” heç-heçə (1:1) ediblər. Dekabrın 16-da “Turan Tovuz” – “Zirə”, 18-də isə “Qarabağ” – “Neftçi” görüşləri baş tutacaq.

Premyer Liqa

XVII tur

15 dekabr (cümə)

13:00. “Səbail” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Anar Şixəliyev.

“ASCO Arena”

15:00. “Araz-Naxçıvan” – “Sabah”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

“Dalğa Arena”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir