Kriminal

İstanbulda atışma olub, bir azərbaycanlı yaralanıb

Sharing is caring!


İstanbuldakı kafelərdən birinə silahlı hücum olub, nəticədə bir azərbaycanlı yaralanıb.

Bildirilib ki, motosikletlə hərəkət edən iki şübhəli kafeyə atəş açıblar. Bundan sonra içəridəki bir qrup şəxs də hücum edənlərə silahlarla cavab verib.

Polisin keçirdiyi əməliyyat nəticəsində yeddi şübhəli saxlanılıb. Onlardan altısının İsveç vətəndaşı olduğu bildirilib. Onların yaşadıqları ünvana baxış zamanı üç ədəd tapança, tüfəng, güllələr, narkotik maddə və motosikletləri aşkarlanaraq müsadirə edilib.

Şübhəlilələrdən beşi həbs edilib, biri sərbəst buraxılıb, biri isə öz ölkəsinə deportasiya edilib.

Məlumata görə, yaralanan azərbaycanlının həyati təhlükəsi yoxdur.

O, xəstəxanaya yerləşdirilib.

Mənbə: “Anadolu” agentliyi 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir