Dünya

Daha bir Avropa ölkəsi turistlərlə bağlı qadağaları ləğv etdi

Sharing is caring!

Xorvatiya hökuməti COVID-19 pandemiyası ilə əlaqədar daha əvvəl ölkəyə girişə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Bu barədə Xorvatiya Daxili İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

Artıq heç bir test tələbi olmadan, pandemiyadan əvvəlki dövrdə olduğu kimi ölkəyə girişə icazə verilir.

Qeyd edək ki, aprelin ortalarından Xorvatiyada epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar koronavirusa görə tətbiq edilən qadağaların çoxu aradan qaldırılıb.

Qeyd edək ki, İsveç, İsveçrə, Sloveniya və İtaliya kimi Avropa ölkələrində də turistlərin ölkəyə girişi ilə bağlı məhdudiyyətlər tam və ya qismən aradan qaldırılıb.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir