Cəmiyyət

Füzulidə mərkəzi park salınacaq

Sharing is caring!


“Füzulidə Qarabağ Dirçəliş Fondunun sifarişi ilə mərkəzi park salınacaq”.

“Trend” xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova mətbuat konfransında deyib.

“Parkda idman və uşaq meydançaları üçün infrastrukturun yaradılması planlaşdırılır. Həmçinin parkın baş planı hazırlanır”, – deyə o qeyd edib.

Xatırladaq ki, “Xəzər tikinti həftəsi” “Caspian Event Organizers” və “Iteca Caspian” şirkətləri tərəfidnən təşkil olunub və 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı (Rebuild Karabakh) Sərgisini, 28-ci Azərbaycan Beynəlxalq İnşaat (BakuBuild) Sərgisini, 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu (Aquatherm Baku) Sərgisini və 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisini birləşdirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir