İdman

“Hakken”in futbolçusu: “Meydana qələbə əzmi ilə çıxacağıq”

Sharing is caring!


“Meydana qələbə əzmi ilə çıxacağıq”.

“Report” xəbər verir ki, bunu İsveçin “Hakken” komandasının futbolçusu Samuel Qustafson Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

O, üç xala sahib olmaq üçün əllərindən gələni edəcəklərini söyləyib:

“Baş məşqçi daim bizə motivasiya verir. Əhval-ruhiyyəmiz yüksək səviyyədədir”.

28 yaşlı yarımmüdafiəçi rəqib haqqında xoş fikirlər səsləndirib: “Qarabağ”ın heyətində yaxşı futbolçular var. Nümunə kimi Marko Yankoviçin adını çəkə bilərəm. Onunla oynamışıq, təcrübəli və perspektivlidir. Sağ cinahlarında yer alan futbolçu da yaxşıdır. Adını indi xatırlamıram”.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Qurban Qurbanovun kollektivi hazırda yeddi xalla H qrupunun ikinci pilləsində qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir